525.Az

Fuad Abbasov Azərbaycana deportasiya edildi


 

Fuad Abbasov Azərbaycana deportasiya edildi<b style="color:red"></b>

Rusiyada saxlanılmış azərbaycanlı jurnalist Fuad Abbasov deportasiya edilib.

APA-nın Moskva bürosunun xəbərinə görə, bu barədə onun vəkili Teyyub Şərifov məlumat verib.

Belə ki, 25 iyun 2019-cu il tarixində Fuad Abbasov Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin nəzarəti altında Vnukovo hava limanından Azərbaycan Hava Yollarının Moskva-Bakı reysi ilə Azərbaycana yola salınıb.

 





25.06.2019    çap et  çap et