525.Az

Melanya Trampın köməkçisi Ağ Evin yeni mətbuat katibi olacaq


 

Melanya Trampın köməkçisi Ağ Evin yeni mətbuat katibi olacaq<b style="color:red"></b>

ABŞ-ın birinci xanımı Melanya Trampın şəxsi köməkçisi Stefani Qrişam Ağ Evin rəsmi nümayəndəsi təyin ediləcək.

APA xəbər verir ki, bu barədə M.Tramp özünün “Twitter” səhifəsində yazıb.

Melanyanın sözlərinə görə, Qrişam Ağ Evin yeni mətbuat katibi və əlaqələr direktoru olacaq.

Qeyd edək ki, S.Qrişam M.Trampla 2015-ci ildən işləyir. O, iyunun əvvəlində istefaya gedəcəyini elan edən Sara Sandersi əvəzləyəcək.

 





26.06.2019    çap et  çap et