525.Az

ABŞ Ukraynada 6 silah anbarının tikintisinə 4 milyon dollar ayırır


 

ABŞ Ukraynada 6 silah anbarının tikintisinə 4 milyon dollar ayırır<b style="color:red"></b>

ABŞ şərti silah arsenallarının idarə edilməsi üzrə imzalanmış memorandumun nəticələrinə əsasən, Ukraynada partlayıcı maddələr üçün altı anbarın tikintisinə 4 milyon dollar ayırır.

APA xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Müdafiə Nazirliyi üçün anbarların tikintisi növbəti iki il ərzində nəzərdə tutulur.

Bildirilir ki, bu layihə sursat anbarlarının mühafizəsinin gücləndirilməsinə və təhlükəsizliyinə imkan yaradacaq.

 





26.06.2019    çap et  çap et