525.Az

Dövlət İdarəçilik Akademiyasında bakalavrların buraxılış işlərinin müdafiəsi keçirilib


 

Dövlət İdarəçilik Akademiyasında bakalavrların buraxılış işlərinin müdafiəsi keçirilib<b style="color:red"></b>

İyun ayının 13 və 21-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Dövlət və bələdiyyə idarəetməsi" ixtisasında təhsil alan Azərbaycan və rus bölmələrinin bakalavrlarının buraxılış işlərinin müdafiəsi keçirilib.

Ölkəmizin beynəlxalq aləmdə imicinin formalaşması ilə bağlı mövzular üzrə müdafiə olunan tədqiqat işlərində Heydər Əliyev Fondunun və "Bakı" jurnalının Azərbaycanın tarixi-mədəni irsinin və turizmin təbliğinə həsr olunmuş layihələr ətraflı müzakirə edilib.

Bakalavrlar qeyd ediblər ki, bu layihələrin icrası nəticəsində UNESCO-nun Qeyri-Maddi Mədəni İrsi üzrə Reprezentativ siyahısına Azərbaycandan on üç element daxil olunub ki, onların sırasında muğam, Azərbaycan aşıqlarının incəsənəti, həmçinin, tar ifaçılıq məharəti də var.

Tədqiqatlarda əsas diqqət Dağlıq Qarabağ konfliktləri barədə  həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq istiqamətində 2008-ci il may ayının 8-də yaradılmış  "Xocalıya ədalət" kampaniyasının təşəbbüskarı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın fəaliyyətinə yönəldilib. Eyni zamanda, tələbələr tərəfindən Leyla Əliyevanın rəhbərliyi ilə xaricdə azərbaycanlı gənclərin ən böyük təşkilatlarını təmsil edən Rusiya  Azərbaycan Gəncləri Birliyinin  gördükləri  işlər təhlil olunub.

Müdafiə Komissiyası və rəsmi rəyçiləri tərəfindən yüksək qiymətləndirilən bu mövzular üzrə buraxılış işlərinin rəhbəri tarix elmləri üzrə fəlsəfə doktoru, "Dövlət qulluğu və kadr siyasəti" kafedrasının müəllimi Ülkər Mehdiyevadir. Ü.Mehdiyeva Rusiya Federasiyası Jurnalistlər İttifaqının və Beynəlxalq Jurnalistlər Federasiyasının üzvüdür. Daha əvvəl Lomonosov adına MDU-nun İnformasiya-analitika mərkəzinin eksperti, həmçinin, Azərbaycanda aparıcı informasiya agentliklərindən birinin Rusiya bürosunun rəhbəri olub.

 





26.06.2019    çap et  çap et