525.Az

Zığ şossesi yaxınlığında yanğın - Xəsarət alan yoxdur


 

Zığ şossesi yaxınlığında yanğın - <b style="color:red">Xəsarət alan yoxdur </b>

İyunun 26 da Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi yaxınlığında baş vermiş yanğın nəticəsində təqribən 6 hektar ərazidə quru ot, kol-kos, ətrafa dağılmış tikinti materialları (istifadəyə yararsız), bəzi həyatyanı sahələr yanıb.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Mülkü müdafiə qoşunlarının canlı qüvvə və texnikası cəlb edilib.

Həmçinin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Daxili İşlər, Səhiyyə nazirlikləri, Baş Prokururluq, "Azərsu", "Azərişıq", Bakı Şəhər İcra Hakimiyyətii və digər aidiyyəti qurumların nümayəndələti hadisə yerinə cəlb olunublar.

Birgə səylır nəticəsində qısa zamanda yanğın söndürülüb, insan tələfatına yol verilməyib.

 





26.06.2019    çap et  çap et