525.Az

Qarabağ bölgəsində seçicilər arasında aktivlik müşahidə olunur- Video


 

Qarabağ bölgəsində seçicilər arasında aktivlik müşahidə olunur- <b style="color:red">Video</b> Qarabağ bölgəsində seçicilər arasında aktivlik müşahidə olunur.

Yerlərdəki dairə seçki komissiyalarından verilən məlumatlara görə, bu saatlaradək səsvermə prosesinə hər hansısa müdaxilə edilməsi, namizədlərin vəkilləri, nümayəndələri tərəfindən maneçilik törədilməsi faktı qeydə alınmayıb.

APA TV-nin bölgə müxbiri bildirir ki, 119 saylı Ağdam kənd Seçki Dairəsinin 43 min beş yüz nəfərdən çox seçicisinin 30 faizə yaxını artıq seçkilərdə iştirak edib. Dairənin 42 məntəqəsindən yeddisində exit-poll keçirilir. 11 xarici, 293 yerli müşahidəçi səsvermə prosesini izləyir. 118 saylı Ağdam şəhər  Seçki Dairəsində 38 995 nəfər seçici qeydiyyatdadır ki, bunun da 30 faizə yaxını artıq səs verib. 2 xarici, 254 yerli müşahidəçi seçki prosesini müşahidə edir. 12 məntəqədə exit-pol keçirilir. İki məntəqədə səsverməni veb-kamera vasitəsilə canlı izləmək mümkündür. Səsvermə prosesində komissiya üzvləri və ya seçicilər arasında kiminsə səhhətində yarana biləcək narahatlıqların vaxtında aradan qaldırılıması üçün rayon ərazisində dörd tibb qərargahı yaradılıb.
 





09.10.2013    çap et  çap et