525.Az

Nazir: "İşğal nəticəsində Azərbaycan genişmiqyaslı daxili miqrasiya problemi ilə üzləşib"


 

Nazir: "İşğal nəticəsində Azərbaycan genişmiqyaslı daxili miqrasiya problemi ilə üzləşib"<b style="color:red"></b>

Xarici işlər naziri Elmar Məmmədyarov Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin Baş direktoru Mixael Şpindeleqqer ilə görüşüb.

Bu barədə "Report"a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüş zamanı “Azərbaycanla Avropa İttifaqı arasında Yerdəyişmə üzrə Tərəfdaşlığın həyata keçirilməsinə dəstək” (MOBILAZE) layihəsi çərçivəsində Bakıda keçirilən “Yerdəyişmə üzrə Tərəfdaşlıq” mövzusunda illik beynəlxalq konfrans zamanı faydalı müzakirələrin aparıldığı qeyd edilib.

Miqrasiya məsələsinin hazırda beynəlxalq gündəlikdə, o cümlədən, Aİ üçün önəm kəsb edən ən vacib məsələlərlədən biri olduğu ifadə edilib.

Tərəflər Azərbaycanın Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz ilə miqrasiya sahəsində sıx əməkdaşlıq etdiyini bildirərək MOBILAZE layihəsinin Aİ-Azərbaycan arasında əməkdaşlığın mühüm ölçüsü olan yerdəyişmə proseslərini və insanlararası əlaqələri dəstəkləməkdə rolunu yüksək qiymətləndiriblər.

Eyni zamanda, tərəflər Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış Viza Rejiminin Sadələşdirilməsi və Readmissiya sazişlərin bu ölçüyə xidmət etdiyini söyləyərək sözügedən sazişlərin icrasında Azərbaycanın sadiqliyini xüsusilə vurğulayıblar.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan E.Məmmədyarov münaqişə nəticəsində ölkəmizin genişmiqyaslı daxili miqrasiya problemi ilə üzləşdiyini bildirib.

E.Məmmədyarov Azərbaycanın müvafiq qurumlarının səyi nəticəsində qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində davamlı işlər görüldüyünü xüsusilə qeyd edib.

Eyni zamanda, nazir həmsöhbətini münaqişənin həllinin üzrə aparılan danışıqlar prosesinin son durumu ilə bağlı məlumatlandırıb.

Görüş zamanı, həmçinin, qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 





27.06.2019    çap et  çap et