525.Az

5 regional "ASAN Xidmət" mərkəzi fəaliyyətə başlayacaq


 

5 regional "ASAN Xidmət" mərkəzi fəaliyyətə başlayacaq<b style="color:red"></b>

"Bu ilin sonuna yaxın daha 5 regional "ASAN Xidmət" mərkəzi fəaliyyətə başlayacaq”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.

Onun sözlərinə görə, bu mərkəzlər Şamaxı, Balakən, Kürdəmir, Tovuz və Ağcabədidə fəaliyyət göstərəcək: "Eyni zamanda prezident İlham Əliyevin tapşırığı ilə Bakıda da növbəti iki mərkəz açılmalıdır. Bununla bağlı işlər gedir, gələn il ərzində bu mərkəzlər də fəaliyyətə başlayacaq".

 





28.06.2019    çap et  çap et