525.Az

Yunanlar Angela Merkeli Hitlərə bənzətdilər


 

Yunanlar Angela Merkeli Hitlərə bənzətdilər<b style="color:red"></b>

Angela Merkelin Yunanıstana səfəri etiraz aksiyası ilə qarşılanıb.

525.az-ın CNN Türk-ə istinadən verdiyi məlumata görə, Almaniyanın baş naziri Angela Merkel, iqtisadi böhrana düçar olan Yunanıstana səfəri çərçivəsində xalqın etiraz aksiyası ilə qarşılaşıb.

Minlərlə aksiyaçı Alman liderinə qarşı Sintagma Meydanında etiraz aksiyası keçirərək onun əleyhinə “Merkel buranı tərk et, bura sənin kaloniyan deyil” kimi şüarlar səsləndiriblər.

Yunanıstanın baş naziri Antonis Samarasla görüşən Angela Merkel baş nazirlə bir sıra məsələlər haqda danışıb. Baş nazirin Yunanıstana səfərini yunan mediası da geniş işıqlandırıb. Ölkənin geniş ictimaiyyəti arasında aparılan sorğu nəticəsində sorğuya cavab verən şəxslərin 76 faizi Almaniyanı “düşmən ölkə” kimi dəyərləndirərək ölkənin bir sıra sahələrdə iflasa uğramasında Almaniyanın böyük rolunun olduğunu qeyd ediblər.

Nigar Məhərrəm

 





10.10.2012    çap et  çap et