525.Az

ATƏT-in fəaliyyətdə olan sədri girovların dəyişdirilməsini alqışladı


 

ATƏT-in fəaliyyətdə olan sədri girovların dəyişdirilməsini alqışladı<b style="color:red"></b>

ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər və Avropa məsələləri üzrə naziri Miroslav Layçak Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskonti və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin adından çıxış edən həmsədrləri İqor Popov (Rusiya), Endoyu Şofer (ABŞ) ilə görüşüb.

APA ATƏT-in rəsmi internet səhifəsinə istinadən xəbər verir ki,  M.Layçak həmsədrlərin sonuncu məsləhətləşmələrinin, o cümlədən Ermənistan və Azərbaycan XİN başçıları arasında həmsədrlərin vasitəçiliyi ilə aprelin 15-də Moskvada, eləcə də iyunun 20-də  Vaşinqtonda baş tutan görüşlərinin nəticələri barədə məlumatlandırılıb.

Həmsədrlər slovakiyalı sədrə humanitar məsələlər üzrə irəliləyişlər, o cümlədən, günün əvvəlində Ermənistan və Azərbaycan arasında girovların mübadiləsi barədə məlumat veriblər. M.Lajçak Minsk prosesi və həmsədrlərin işini, həmçinin tərəflərin gərginliyi azaltmaq və sülhə, danışıqlarda əhəmiyyətli tərəqqiyə şərait yaratmaq üçün səylərini dəstəklədiyini bildirib.

Girovların mübadiləsi ilə bağlı fikirlərini səsləndirən sədr bu addımı təqdirəlayiq hal kimi dəyərləndirib:

"Biz dialoqun münaqişənin təsir etdiyi insanlar üçün necə müsbət nəticələr verə biləcəyini göstərən bu humanitar addımı alqışlayırıq”.

 





29.06.2019    çap et  çap et