525.Az

“Azərenerji”: Respublikanın elektrik enerjisi təchizatında heç bir fasilə yaranmayıb


 

“Azərenerji”: Respublikanın elektrik enerjisi təchizatında heç bir fasilə yaranmayıb<b style="color:red"></b>

Bu gün saat 11:35-də Mingəçevir şəhərində yerləşən “Azərbaycan” İstilik Elektrik Stansiyasına məxsus yarımstansiyanın cərəyan transformatorlarından birində nasazlıq baş verib.

“Azərenerji”dən APA-ya verilən məlumata görə, baş vermiş nasazlığın genişlənməsinin qarşısı dərhal alınıb.

“Xüsusilə yeni quraşdırılan əks-qəza avtomatikasının işə düşməsi nəticəsində Respublikanın elektrik enerjisi təchizatında heç bir fasilə yaranmayıb və ölkə üzrə enerji təminatı 100 faiz səviyyəsində saxlanılıb. Yaranmış texniki problem ən qısa zamanda aradan qaldırılıb”, - məlumatda qeyd olunub.

 





29.06.2019    çap et  çap et