525.Az

Güclü yağışlar Qubada bir sıra fəsadlar törədib


 

Güclü yağışlar Qubada bir sıra fəsadlar törədib<b style="color:red"></b>

Son günlər Quba rayonu ərazisində yağan güclü yağışlar bir sıra fəsadlar törədib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayonun Söhüb kəndində vətəndaşa məxsus 43 baş qoyunu sel aparıb. Rayonun Tüləkəran və Kürkün kəndlərində 50 hektar kartof sahəsi məhv olub.

Dəyən ziyanın məbləğini  müəyyənləşdirilməsi və aradan qaldırılması üçün müvafiq komissiya fəaliyyətə başlayıb. 

Qeyd edək ki, son günlər hava şəraitinin pisləşməsi və dolunun yağması Quba ilə yanaşı Qusar rayonunda da fəsadlar törədib.

 





01.07.2019    çap et  çap et