525.Az

“Təhlükədə Olan Ümumdünya İrsi” mövzusunda Qeyri-Hökümət Təşkilatlarının 7-ci Beynəlxalq Forum keçirilib


 

“Təhlükədə Olan Ümumdünya İrsi” mövzusunda Qeyri-Hökümət Təşkilatlarının 7-ci Beynəlxalq Forum keçirilib<b style="color:red"></b>

Bakıda “Təhlükədə Olan Ümumdünya İrsi” mövzusunda Qeyri-Hökümət Təşkilatlarının 7-ci Beynəlxalq Forum keçirilib

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin İçərişəhərdə yerləşən binasında YUNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində “EkoSfera” Sosial-Ekoloji Mərkəzi QHT və “World Heritage Watch” beynəlxalq təşkilatı ilə birgə “Təhlükədə olan ümumdünya irsi” mövzusunda qeyri hökümət təşkilatlarının 7-ci beynəlxalq forumu ilk dəfə olaraq Azərbaycanda, Bakı şəhərində keçirilir.

1999-cu ildən fəaliyyətə başlamış “EkoSfera” SEM-nin yaradılmasının əsas məqsədi uşaq və gənclərin ekoloji təhsili və maarifləndirilməsi, Azərbaycanın mədəni və təbii irsinin qorunması, ekoloji və mədəni turizmin inkişafını təbliğ etməkdir. “World Heritage Watch” QHT beynəlxalq mədəni və təbii irsi abidələrinin siyahıya alınmasını həyata keçirən ilk beynəlxalq qeyri-hökümət təşkilatı olaraq əsas missiyası YUNESKO-nun Ümumdünya İrs Konvensiyasının tətbiqini gücləndirmək, Dünya İrs abidələrinin qorunması və mühafizəsinə kömək etməkdən ibarətdir.

Forumun keçirilməsi ilə “EkoSfera” SEM-in əsas missiyalarından biri olan Azərbaycanın təbii və mədəni irsinin mühafizəsində mövcud problemlər və imkanların üzə çıxarılmasıdır. Tədbir çərçivəsində dünyanın bir çox ölkəsində və Azərbaycanda fəaliyyət göstərən qeyri-hökümət təşkilatlarından 50 nəfərə yaxın heyət üzvü iştirak edir. Forum iştirakçıları 21 müxtəlif ölkəni, 5 qitəni təmsil edirlər. “World Heritage Watch” təşkilatının sədri Stephan Doempke və “EkoSfera” SEM-in rəhbəri, həmçinin Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə açılış nitqi ilə çıxış edərək forumu açıq elan etmişdir. Açılışda həmçinin YUNESKO-nun Dünya İrs Mərkəzinin direktoru Mextild Rossler və Beynəlxalq abidələrin və tarixi yerlərin qorunması şurasının prezidenti Toşyiku Komo çıxış etdilər.

Forum plenar və paralel sessiyalardan ibarətdir. Plenar hissədə “Ümumdünya İrs Konvensiyasının Vətəndaş Cəmiyyəti və Qanunverici orqanlarının Əməkdaşlığının Perspektivləri” mövzusunda müzakirələr aparılmış, “İqlim Dəyişikliyi”, “Hidroelektrik Bəndlər” və “Təbiət təhlükədə - siyasətləşmə Ümumdünya İrs Konvensiyasının effektivliyini necə məhdudlaşdırır” mövzularında siyasi məruzələr səslənmiş və “World Heritage Watch” şəbəkəsinin iclası keçirilir. Forumun davamı olaraq paralel sessiyalarda Azərbaycan qeyri-hökümət təşkilatlarının iclası, Ümumdünya İrs iclası çərçivəsində yerli xalqların Daimi Forumu keçiriləcək və müvafiq qərarlar hazırlanacaqdır.

Sonda forum iştirakçıları Azərbaycanın qədim sivilizasiya məskənlərindən biri sayılan Qala Dövlət Tarix-Etnoqrafya Qoruğunun ərazisində yerləşən “EkoSfera” SEM-in Etno-ekoloji mərkəzində ölkəmizin qədim tarixi, mədəniyyəti, mətbəxi və həmçinin, təşkilatın uşaq və gənclər üçün nəzərdə tutulan maarifləndirici proqramları ilə yaxından tanış olacaqlar.

 





01.07.2019    çap et  çap et