525.Az

Hindistan Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlıdır


 

Hindistan Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlıdır<b style="color:red"></b>

2018-ci il ərzində Hindistanla Azərbaycan arasındakı ticarət dövriyyəsinin həcmi 930 mln. ABŞ dolları təşkil edib.

"APA-Economics"in məlumatına görə, bunu Hindistanın Azərbaycandakı səfiri Vanlalvavna Bavitlunq Azərbaycan-Hindistan biznes forumunda çıxış edərkən deyib.

Onun sözlərinə görə, ötən il ərzində Hindistandan Azərbaycana 720 mln. dollar dəyərində məhsul ixrac edilib.

"Ticarət dövriyyəsinin hazırkı həcmi bizi qane etmir və biz bu əlaqələrin daha də genişləndirilməsində maraqlıyıq", - deyə səfir qeyd edib.

 





01.07.2019    çap et  çap et