525.Az

Abdulla Gül və Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi təbrik edib


 

Abdulla Gül və Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi təbrik edib<b style="color:red"></b>

Türkiyə prezidenti Abdulla Gül İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibətilə təbrik edib.

APA-nın “Anadolu” Agentliyinə istinadən verdiyi məlumata görə, İ. Əliyevlə telefonla danışan A. Gül seçkilərinin nəticəsi ilə əlaqədar təbriklərini çatdırıb.

Azərbaycan dövlət başçısı təbrikə görə məmnun olduğunu bildirib, ilk xarici səfərini yaxın vaxtlarda Türkiyəyə edəcəyini söyləyib.

Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan da Azərbaycan prezidentini yenidən bu posta seçilməsi münasibətilə təbrik edib. Azərbaycan prezidenti ilə telefonla danışan baş nazir təbriklərini çatdırıb, uğurlar arzulayıb.

 





10.10.2013    çap et  çap et