525.Az

Müəllimlərin işə qəbulu üzrə elektron qeydiyyat bu axşam bitəcək


 

Müəllimlərin işə qəbulu üzrə elektron qeydiyyat bu axşam bitəcək<b style="color:red"></b>

İyunun 24-dən start verilmiş müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün 52 mindən çox namizəd elektron qeydiyyatdan keçib.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, onlardan 50 mindən çox namizəd elektron ərizəsini təsdiqləyib. Müsabiqəyə elektron sənəd qəbulu 3 iyul tarixində saat 23:59-da başa çatacaq.

Elektron ərizəsi yoxlanılaraq qəbul edilmiş namizədlər test imtahanı mərhələsində iştirak hüququ qazanacaq.

 





03.07.2019    çap et  çap et