525.Az

Bakı-Tbilisi-Qars dəmir yolu ilə Azərbaycan karbamidi ilk dəfə Türkiyəyə çatdırılıb


 

Bakı-Tbilisi-Qars dəmir yolu ilə Azərbaycan karbamidi ilk dəfə Türkiyəyə çatdırılıb<b style="color:red"></b>

“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Container” MMC SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi ilə birgə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu vasitəsilə Azərbaycan karbamidinin konteynerlərdə Türkiyəyə ilk nəqlini həyata keçirib.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, konteynerlərdə nəql edilən ilk partiyanın alıcısı “BGN” şirkətidir.

Nəql “SOCAR Karbamid” zavodunda palletlərdəki karbamid dolu kisələrin konteynerlərə yüklənməsi yolu ilə həyata keçirilib. Yüklənmiş konteynerlər Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Türkiyəyə göndərilib.

 





04.07.2019    çap et  çap et