525.Az

Azərbaycanda tikinti zamanı vətəndaşlara vurulan zərər sığorta vasitəsilə ödəniləcək


 

Azərbaycanda tikinti zamanı vətəndaşlara vurulan zərər sığorta vasitəsilə ödəniləcək<b style="color:red"></b>

Azərbaycanda tikinti-inşaat aparan şəxslərin tikinti prosesi zamanı üçüncü şəxslərə vura biləcəkləri zərərin qarşısının alınması məqsədilə mülki məsuliyyətin icbari qaydada sığortalanması ilə əlaqədar yeni icbari sığorta növü yaradılacaq.

“APA-Economics”in məlumatına görə, bu, Nazirlər Kabinetinin sərəncamı ilə təsdiqlənmiş “Sığorta sektorunun inkişafına dair 2019-2021-ci illər üçün Tədbirlər Planı”nda əksini tapıb.

Sənədə əsasən, Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) və Fövqəladə Hallar Nazirliyinə (FHN) 2019-2020-ci illərdə tikinti-inşaat zamanı tikinti aparan şəxslərin mülki məsuliyyətinin icbari sığortası növünün yaradılmasına dair qanun layihəsi hazırlamaq tapşırılıb.

MBNP və FHN qanun qəbul edildikdən sonra 2020-2021-ci illərdə müvafiq mexanizminin tətbiq olunmasını təmin etməlidir.

 





04.07.2019    çap et  çap et