525.Az

Hindistan Mərkəzi Asiya, Afrika qitəsi ölkələrinin "Şimal-Cənub" nəqliyyat dəhlizinə qoşulmasını dəstəkləyir


 

Hindistan Mərkəzi Asiya, Afrika qitəsi ölkələrinin "Şimal-Cənub" nəqliyyat dəhlizinə qoşulmasını dəstəkləyir<b style="color:red"></b>

“Biz Mərkəzi Asiya, Afrika qitəsi ölkələrinin "Şimal-Cənub" nəqliyyat dəhlizinin imkanlarından yararlanmasını böyük məmnuniyyətlə qarşılayardıq”.

Bunu “Report”a Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna bildirib.

O qeyd edib ki, "Şimal-Cənub" nəqliyyat dəhlizinin hələ tamamlanmamış hissəsi qalıb: “Ümid edirəm ki, bu dəhliz tamamlandıqdan sonra Azərbaycan Hindistan arasında iqtisadi əlaqələri təşviq edəcək. Hesab edirəm ki, dəhliz nəinki iki ölkə arasında, ümumiyyətlə, regionda iqtisadi əlaqələri təşviq edəcək”.

Səfir Hindistanın dəhlizi dəstəklədiyini vurğulayıb.

Qeyd edək ki, "Şimal-Cənub" layihəsi Rusiya, İran və Hindistan arasında 2000-ci il sentyabrın 12-də imzalanmış hökumətlərarası saziş əsasında həyata keçirilir. Azərbaycan sazişə 2005-ci ildə qoşulub. Saziş, ümumilikdə, Azərbaycan, Belarus, Bolqarıstan, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Oman, Rusiya, Tacikistan, Türkiyə, Ukrayna tərəfindən ratifikasiya edilib. Nəqliyyat dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirmək üçün nəzərdə tutulub. O, İran, Azərbaycan və Rusiyanın dəmir yollarının birləşdirilməsi üçün vasitə olacaq.

Birinci mərhələdə "Şimal-Cənub" nəqliyyat dəhlizi ilə ildə 5 milyon ton, daha sonra isə 10 milyon tondan çox yük daşınması planlaşdırılır.

Hindistan Avropaya ixrac etdiyi yükləri Mumbai limanından İranın Bəndər-Abbas limanına göndərəcək. Bunun üçün də Rəşt-Qəzvin həmin körfəzlə bağlanmalıdır. Hazırda dəmiryolu Rəştə qədərdir.

 





04.07.2019    çap et  çap et