525.Az

Aksiz markası olmayan külli miqdarda siqaretlər aşkarlanıb


 

Aksiz markası olmayan külli miqdarda siqaretlər aşkarlanıb<b style="color:red"></b>

Aksiz markası olmayan külli miqdarda siqaretlər aşkarlanıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, komitənin Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə “Mercedes Benz” markalı minik avtomobilində Azərbaycanın aksiz markası ilə markalanmamış külli miqdarda siqaretlərin Xaçmaz rayonu ərazisindən Bakıya daşınması barədə əməliyyat məlumatı daxil olub. Məlumat əsasında yaradılan əməliyyat qrupu tərəfindən Azərbaycan vətəndaşının idarə etdiyi həmin avtomobil Bakı-Sumqayıt şosesində saxlanılıb və baxış keçirilib. Bu zaman avtomobildə 18 ədəd karton qutuda Azərbaycana məxsus aksiz markası olmayan 114 min ədəd “King” markalı siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

 





05.07.2019    çap et  çap et