525.Az

Bakıda çirkab suyun gölə axıdılması faktı aşkar edilib


 

Bakıda çirkab suyun gölə axıdılması faktı aşkar edilib<b style="color:red"></b>

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər həyata keçirir.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, paytaxtın Sabunçu rayonu ərazisində keçirilmiş növbəti belə tədbir zamanı Biləsuvar rayon sakini E.Əmirovun “QAZ-53” markalı avtomobili ilə rayon ərazisindəki gölə çirkab sularını axıtması faktı aşkar olunub.

İnzibati Xətalar Məcəlləsinin 264-cü (su obyektlərinin mühafizəsi qaydalarının pozulması) maddəsinin tələblərini pozduğuna görə E.Əmirov barəsində protokol tərtib edilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.

 





05.07.2019    çap et  çap et