525.Az

İran: Biz də Britaniya gəmisini ələ keçirəcəyik


 

İran: Biz də Britaniya gəmisini ələ keçirəcəyik<b style="color:red"></b>

İran Böyük Britaniyaya məxsus tankeri ələ keçirməyə hazırdır.

Trend-in məlumatına görə, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbərlərindən biri Möhsün Rezayi deyib.

O bildirib ki, Böyük Britaniya Tehrana məxsus olan “Grace 1” tankerini qaytarmayanadək İran eyni addımı ata bilər.

Xatırladaq ki, iyulun 4-də Böyük Britaniya Hərbi Dəniz Qüvvələri Cəbəllüttariq boğazında İran neftini Suriyaya daşıyan tankeri ələ keçirib.

 





05.07.2019    çap et  çap et