525.Az

Mixeil Saakaşvili İlham Əliyevi təbrik etdi


 

Mixeil Saakaşvili İlham Əliyevi təbrik etdi<b style="color:red"></b>

Gürcüstan Prezidenti Mixeil Saakaşvili Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Mixeil Saakaşvili Prezident seçkilərində əldə etdiyi inamlı qələbə münasibəti ilə dövlətimizin başçısını təbrik edib, xalqımızın rifahı və dövlətimizin gələcək inkişafı naminə ona Ali dövlətçilik fəaliyyətində uğurlar arzulayıb.

Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə Gürcüstan Prezidentinə minnətdarlığını bildirib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Mixeil Saakaşvili ölkələrimiz arasında dostluq münasibətlərinin uğurlu inkişafından məmnunluq ifadə edib, əlaqələrimizin bundan sonra daha da möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər.

 





10.10.2013    çap et  çap et