525.Az

Bu ilin 6 ayında 838 nəfər peşə hazırlığı kurslarına cəlb edilib


 

Bu ilin 6 ayında 838 nəfər peşə hazırlığı kurslarına cəlb edilib<b style="color:red"></b>

Bu ilin 6 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 838 nəfər əmək bazarında rəqabət qabiliyyətli peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlardan 682 nəfər üçün nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən peşə hazırlığı və əlavə təhsil kursları təşkil edilib.

Kurslarda modul tədris proqramlarından da istifadə olunmaqla elektrik-qaz qaynaqçısı, kompüter istifadəçisi, dülgər-xarrat, avtomobil təmiri üzrə çilingər, dərzi, bərbər, toxucu, tornaçı, mebel quraşdırıcısı və s. peşələr öyrədilib. Hazırda onlardan peşə kurslarını davam etdirənlər də var. Həmin dövrdə 156 nəfər gənc nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinə qəbul olunub. Burada həmin gənclər müxtəlif peşələr üzrə bilik və bacarıqlara yiyələnməklə yanaşı, peşə təlimi müddətində onların sosial reabilitasiyayönümlü müxtəlif tədbirlərə cəlb edilməsi işləri də aparılıb. Ümumilikdə kurslara cəlb edilənlərin 174-ü əlilliyi olanlardır.

Kurslarda Təhsil Nazirliyinin təsdiq etdiyi plana uyğun şəkildə peşə bilik və bacarıqları tədris olunub. Hər kursun yekununda məzunlara peşə sertifikatları təqdim edilir.

 





06.07.2019    çap et  çap et