525.Az

"Qanun"dan yeni nəşrlər - Siyahı


 

"Qanun"dan yeni nəşrlər - <b style="color:red">Siyahı </b>

Şüuraltının Gücü - Dr. Joseph Murphy

"Şüuraltının gücü" kitabında Jozef Mörfi şüuraltına təsir üçün çoxsaylı sadə metodlar göstərir.

Əgər onları düzgün tətbiq etsəniz, bu sizə şüuraltı problemi yaranarkən düzgün həll yolunu tapmağa, yüksək əxlaqi dəyərlər qazanmağa və pis vərdişlərdən xilas olmağa kömək edəcək. 

Kitab, bütün yaşlardan olan geniş oxucu çevrəsi, xüsusən də, gənc nəsil üçün nəzərdə tutulub. 

Image result for Şüuraltının Gücü - Dr. Joseph Murphy

Yetim - Aka Morçiladze

Yeni dövr gürcü ədəbiyyatının yeni tərzli yazıçılarından biri və əsərləri ən çox satılan kitablar arasında olan Aka Morçiladzenin "YETİM" romanının baş qəhrəmanı, əslində, Muri qəsrinin məhbusu Heraklius olsa da, indi o, adi bir Tiflis sakinidir.  Ata evinin damının çökməsi xəbərini alan qəhrəman bir neçə günlük doğulub boya-başa çatdığı qəsəbəyə yollanır.  Evin çardağında gözlənilmədən köhnə bir silah  tapır - bu, uşaqlıq dövründə əmisinin istifadə etdiyi "YETİM" adlandırılan inci naxışlı  gözəl bir tüfəngdir. Bir zamanlar öz sahibini çətin vəziyyətlərdən xilas edən silah, keçmiş günlərin şahidi kimi asılıb qalıb. Bu silahın zəngin tarixi və qəhrəmanı əhatə edən mühit Herakliusun artıq möcüzəvi şəkildə reallıqla birləşən inanılmaz xəyallarını oyadır. Romanda gürcü həyatı, məişəti, tarixi, insanlararası münasibətlər çox incə və dərinə nüfuzedici şəkildə işlənərək təsirli təəssürat yaradır.  "YETİM"  bəşəri dəyərlərin milli incəliklərlə birləşdirilərək təqdim edildiyi ən gözəl əsərlərdən biridir.  "YETİM" 2012-ci ildə Ən Yaxşı Gürcü Romanı nominasiyasında "Səba" mükafatına layiq görülmüşdür. 

Image result for Yetim - Aka Morçiladze

Vegetarian - Han Kang

Yonqhe qarabasmalarla qarşılaşana qədər əriylə adi, sakit həyat yaşamaqdaydı. Lakin birdən-birə yuxularında peyda olan qanlı səhnələr düşüncələrini qıcıqlandıraraq onu özündən çıxarır. Yonqhe beynini bu qarabasmalardan xilas etmək üçün ət yeməkdən imtina etmək qərarına gəlir. Ciddi ictimai-əxlaq qaydalarının hökm sürdüyü cəmiyyətdə bunu insanlara başa salmaq o qədər də asan deyil. Əri, cəmiyyət, ailə bunu ağılsızlıq kimi qarşılayaraq qadını qərarından imtina etməyə məcbur etmək istəyir. Yonqhe isə get-gedə daha da artan inadkarlıqla özünün bitki mənşəli olduğuna inanmaqda və ətrafdakıların gözündə deyildiyi kimi - "ağlını tamam itirməkdədir".  Onun səssiz üsyanı daha da ciddi dağıdıcı nəticələr doğurmağa başlayır, dava-dalaşa, sui-istifadəyə, xəyanətə, insan altşüurunun gizli xətlərinin qabardılmasına gətirib çıxardır. Yonqhe, xəyallarının daha gizli boşluqlara doğru çəkilib qeyb olmaqdadır. Həm zehnini, həm də bədənini tamamilə özününküləşdirmiş başqalaşma təhlükəli hal alaraq onu əsla geri qayıda bilməyəcəyi faciəvi sona aparır...

Image result for Vegetarian - Han Kang

Qan içində - Yusif Vəzir Çəmənzəminli

XX əsr Azərbaycan ədəbiyyatının görkəmli yazıçılarından Yusif Vəzir Çəmənzəminlinin üç məşhur romanı var. Bunların içərisində "Qan içində" romanı xüsusi yer tutur. XVIII əsrin görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin həyat və fəaliyyətinə həsr etdiyi və 1937-ci ildə yazıb bitirdiyi bu romana Yusif Vəzirin özünün verdiyi əsl ad "İki od arasında" olmuşdur. Sonralar əsəri nəşrə hazırlayan professor Əkbər Ağayev senzura maneələrini nəzərə alaraq onu "Qan içində" adı altında buraxdırmışdır.

 





06.07.2019    çap et  çap et