525.Az

Dünya irsi siyahısına təklif edilən nominasiyalar müzakirə edilib


 

Dünya irsi siyahısına təklif edilən nominasiyalar müzakirə edilib<b style="color:red"></b>

Dünya İrs Komitəsi 43-cü sessiyasının iyulun 5-də günortadan sonra keçirilən plenar iclasında təbiət və mədəniyyət abidələrinin qorunması məsələləri üzrə müzakirələr davam edib.

İlk məsələ Fransanın Cənub əraziləri və dənizləri məsələsi olub. Üzv ölkənin təmsilçiləri bildiriblər ki, həmin ərazidə insan məskəni olmasa da, ərazidə yaşayan vəhşi heyvanların nəslinin kəsilməsi təhlükəsi yaranıb.

Müzakirələrdə Norveç,  Avstraliya, Qvatemala, Tunis nümayəndələri çıxış edərək Fransanın sənəd qovluğunun mükəmməl hazırlandığını və bu məsələni vaxtında araşdırıb təqdim etdiyini vurğulayıblar. Sənəd etirazsız qəbul edilib.

İslandiyadakı Vatnayyökyüldl - "Buz və od ölkəsi" milli parkının siyahıya alınması məsələsi də müzakirəsiz qəbul olunub.

Təbiət abidələri ilə bağlı məsələlər bitdikdən sonra qarışıq (həm mədəni, həm təbiət) abidələrin Dünya irsi siyahısına salınması məsələlərinin müzakirəsi başlayıb.

Bu sıradan ilk olaraq Albaniyanın Ohrid yarımadası ilə bağlı təklifi müzakirəyə çıxarılıb. İUCN və İCOSOM məruzəçiləri Şimali Makedoniya və Albaniyanın coğrafi ərazisinə daxil olan Ohrid gölü və yarımada ilə bağlı hesabat xarakterli çıxışlar ediblər. Bildirilib ki, dəmiryolunun çəkilməsi, turizmin geniş inkişafı ilə əlaqədar regionda təbii fəlakət və mədəni abidələrin məhvi təhlükəsi yarana bilər.

Macarıstan nümayəndəsi təklif edib ki, hər iki üzv dövlət birlikdə çalışsın və gələn il Ohrid gölü və ətrafının təhlükədə olan irs siyahısına daxil edilməsi üçün təklif hazırlasınlar. Məsələ ətrafında Norveç, Çin, Braziliya, Küveyt nümayəndələri çıxış ediblər. Qərar layihəsi bir sıra düzəlişlərdən sonra qəbul olunub.

Braziliyanın Parati mədəniyyət və biomüxtəliflik mülkiyyətini Dünya irsi siyahısına salınması məsələsi heç bir irad edilmədən qəbul edilib. Hesabat dinlənildikdən sonra Qvatemala, Çin, İspaniya və digər ölkələrin təmsilçiləri arzu və təkliflərini bildirib Braziliyanı belə bir addım atdığı üçün təqdir ediblər. Parati şəhəri Braziliyadan ilk qarışıq irs nümunə olaraq siyahıya daxil edilib. Bununla da 43-cü sessiyada qarışıq abidə siyahısına salınacaq mülkiyyətlərin müzakirəsi başa çatıb və mədəniyyət abidələri ilə bağlı müzakirə başlanıb.

 





06.07.2019    çap et  çap et