525.Az

Tarix İnstitutu Dövlət Turizm Agentliyi ilə əməkdaşlığa başlayır


 

Tarix İnstitutu Dövlət Turizm Agentliyi ilə əməkdaşlığa başlayır<b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi ilə əməkdaşlıq edəcək.

Tarix İnstitutundan verilən məlumata görə, bu barədə Elmi Şuranın iclasında razılığa gəlinib.

İnstitutun direktoru, akademik Yaqub Mahmudov deyib ki, Azərbaycan dünya səviyyəli turizm mərkəzinə çevrilir: "Ölkəmizə böyük turist axını var. Tarix İnstitutu Dövlət Turizm Agentliyi ilə Azərbaycan tarixi ilə bağlı məlumatların turistlər arasında doğru-düzgün yayılması istiqamətində sıx əməkdaşlıq edəcək".

Elmi Şuranın iclasında Agentliyin əməkdaşı Elşən Mustafayevin məruzəsi dinlənilib. O bildirib ki, "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət, "Atəşgah" Dövlət Tarix-Memarlıq, "Basqal" Dövlət Tarix-Mədəniyyət, "Xınalıq" Dövlət Tarix-Memarlıq və Etnoqrafiya, "Lahıc" Dövlət Tarix-Mədəniyyət, "Yuxarı Baş" Dövlət Tarix-Memarlıq (Şəki şəhəri "Karvansaray" Mehmanxana Kompleksi daxil olmaqla) və "Kiş" Tarix-Memarlıq qoruqları Dövlət Turizm Agentliyinin tabeliyindədir: "Hazırda Agentlik AMEA və onun institutları ilə əməkdaşlıq məsələlərini müzakirə edir".

İclasda, həmçinin, tariximizlə bağlı məlumatları özündə əks etdirən broşürlərin hazırlanması da müzakirə edilib. Bildirilib ki, bu işdə tarixçi alimlər Agentliyə yaxından kömək edəcəklər.

CEYHUN

 





07.07.2019    çap et  çap et