525.Az

İtaliyada Xalq şairi Fikrət Qoca və şair Rəşad Məcidin yaradıcılıq gecəsi - Video


 

İtaliyada Xalq şairi Fikrət Qoca və şair Rəşad Məcidin yaradıcılıq gecəsi - <b style="color:red">Video </b>

2-4 iyul tarixlərində İtaliyanın Milan şəhərində Xalq şairi Fikrət Qoca və şair-publisist Rəşad Məcidin yaradıcılıq gecəsi keçirilib.

525.az-ın məlumatına görə, Cüzeppe Verdi adına Milan Dövlət Konservatoriyasında poeziya, musiqi, rəqs, rəsm, və digər sənət növlərini özündə birləşdirən performans həftəsi keçirilib.

Layihə çərçivəsində "Şərqin səsləri" adı altında Xalq şairi Fikrət Qoca və şair-publisist Rəşad Məcidin yaradıcılıq gecəsi təşkil olunub.

Tədbirdə şairlərin həyat və yaradıcılıqlarından bəhs edilib, müasir şairlərin yazdığı şeirlərin üslubundan söz açılıb, izahatı verilib.

Şeirləri italyan dilinə şair, bəstəkar David Gualtieri çevirib. Sətri tərcümələr isə İtaliyadakı "Azəri" Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, xoreoqraf Mais Nuriyevə məxsusdur.

Tədbirdə Azərbaycanın İtaliyadakı səfirliyinin nümayəndələri, Milan Konservatroiyasının tələbələri, İtaliyada yaşayan həmyerlilərimiz və sənət adamları iştirak ediblər.

 





07.07.2019    çap et  çap et