525.Az

"İşğal olunmuş ərazilərdə xarici şirkətlərin fəaliyyəti nəzarətimizdədir"


 

"İşğal olunmuş ərazilərdə xarici şirkətlərin fəaliyyəti nəzarətimizdədir"<b style="color:red"></b>

"Azərbaycanın işğal olunmuş ərazilərində bəzi xarici şirkətlərin qeyri-qanuni fəaliyyəti nəzarətimizdədir".

APA-nın xəbərinə görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Nazir bildirib ki, erməni işğalı altındakı Azərbaycan torpaqlarında bəzi xarici şirkətlərin qeyri-qanuni fəaliyyəti peyk vasitəsilə izlənilir, buna müvafiq olaraq hesabat hazırlanır və aidiyyəti üzrə xəbərdarlıq edilir:

"Bizim müşahidələr göstərir ki, işğal olunmuş ərazilərdə fəaliyyət göstərən xarici şirkətlərin əksəriyyəti orada fəaliyyətini dayandırıb. Lakin bununla belə, bu məsələ bizim diqqətimizdədir".

 





08.07.2019    çap et  çap et