525.Az

“Marş İrəli” layihəsi davam edir - Foto


 

“Marş İrəli” layihəsi davam edir - <b style="color:red">Foto </b>

Gənclər Fondu və “İrəli” İctimai Birliyinin birgə keçirdiyi “Marş İrəli” layihəsi davam edir.

“İrəli”dən verilən məlumata görə, layihə çərçivəsində iştirakçılar ip dartma, maneəli qaçış və digər idman yarışlarında iştirak edib, silahla davranma qaydalarını öyrənib, atıcılıq və ilkin tibbi yardım üzrə təlimlərə qatılıblar.

Həmçinin, layihə iştirakçıları Aprel qaziləri ilə görüşüblər. Görüşdə vətənpərvər gənclik, həqiqi hərbi xidmət və Aprel zəfəri mövzularında müzakirələr aparılıb.

Daha sonra “Nə? Harda? Nə zaman?” intellektual oyunu keçirilib.

Qeyd edək ki, layihədə gender bərabərliyi qorunmaqla, respublikanın müxtəlif regionlarından müsahibə yolu ilə seçilən, yaşı 17-dən 25-ə qədər olan gənclər iştirak edirlər.

“Marş İrəli” layihəsinin əsas məqsədi müharibə şəraitində yaşayan Azərbaycan gənclərinin vətənpərvərlik ruhunda yetişməsinə dəstək verməkdir.

C.ABASOV

 





08.07.2019    çap et  çap et