525.Az

"Avqustda Gürcüstanla sərhədin razılaşdırılmamış hissələrinə baxış keçiriləcək"


 

"Avqustda Gürcüstanla sərhədin razılaşdırılmamış hissələrinə baxış keçiriləcək"<b style="color:red"></b>

"Azərbaycan və Gürcüstan sərhədlərinin razılaşdırılmamış hissələrinə ekspertlərin növbəti baxışının keçirilməsi üçün hələ vaxt təyin olunmayıb, bu barədə müzakirə aparırıq".

Bunu APA-ya açıqlamasında Xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib.

X. Xələfovun sözlərinə görə, avqust ayında ekspertlərin növbəti baxışı təşkil olunacaq:

"Ekspertlər razılaşdırılmamış hissələrə baxış keçirəcək, sənədləri bir daha araşdıracaq, ümumi təklifləri hazırlayıb təqdim edəcəklər. Biz bundan sonra Azərbaycan və Gürcüstan arasında sərhədlərin delimitasiyası komissiyasının növbəti iclasının tarixlərini müəyyən edəcəyik".

 





09.07.2019    çap et  çap et