525.Az

"Azərbaycan və Aİ arasında yeni saziş üzrə danışıqlarda irəliləyişlər əldə olunub"


 

"Azərbaycan və Aİ arasında yeni saziş üzrə danışıqlarda irəliləyişlər əldə olunub"<b style="color:red"></b>

"Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında yeni saziş üzrə danışıqlarda bəzi sahələr üzrə irəliləyişlər əldə olunub, bəzi sahələrlə bağlı isə müzakirələr davam edir".

Bunu APA-ya açıqlamasında Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib.

M. Məmmədquliyev sazişin imzalanması barədə tarix söyləməyi isə düzgün saymayıb:

"Danışıqlar nə zaman başa çatsa, saziş də o zaman imzalanacaq".

Xarici işlər nazirinin müavini Avropa İttifaqı Şurasının sədri Donald Tuskun bu gün Azərbaycana rəsmi səfəri çərçivəsində sazişin imzalanmasının nəzərdə tutulmadığını da bildirib.

 





09.07.2019    çap et  çap et