525.Az

Milli Məclis toplaşır - 38 məsələyə baxılacaq


 

Milli Məclis toplaşır - <b style="color:red">38 məsələyə baxılacaq</b>

Bu gün Milli Məclisin növbədəkənar sessiyasının növbəti plenar iclası keçiriləcək.

Trend-in məlumatına görə, iclasın gündəliyinə 38 məsələ daxildir.

Bunlar "Məhkəmələr və hakimlər haqqında", "Dövlət rüsumu haqqında", "Əmək pensiyaları haqqında", "Yol hərəkəti haqqında", “Dövlət satınalmaları haqqında” qanunlara, o cümlədən, Cinayət, Cinayət Prosessual, İnzibati Prosessual, İnzibati Xətalar məcəllərinə dəyişiklik layihələridir.

Dəyişiklik layihələri 2-ci və 3-cü oxunuşda müzakirə olunacaq.

Bundan başqa, deputatlar "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" qanun layihəsinə də baxacaqlar.

 





09.07.2019    çap et  çap et