525.Az

Donald Tuskdan Azərbaycan dilində tvit - Foto


 

Donald Tuskdan  Azərbaycan dilində tvit - <b style="color:red">Foto </b>

“Azərbaycan adət-ənənələri və müasirliyi özündə cəmləşdirən, Şərqi və Qərbi əks etdirən təkrarolunmaz ölkədir”.

525.az xəbər verir ki, bu sözləri Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk özünün Tvitter səhifəsində yazıb. Bakıda səfərdə olan Tusk daha sonra bunları qeyd edib:

“ İldən-ilə Aİ ilə Azərbaycan bir-birinə daha da yaxınlaşır. Bu gün mən Aİ-nin əməkdaşlığımızı daha da dərinləşdirməyə hazır olduğunu bir daha vurğuladım”.

Qeyd edək ki, D.Tusk tviti Azərbaycan dilində paylaşıb. Bundan öncə o, səfər etdiyi digər ölkələrin dilində də (yunan, Ukrayna, rumın) tvitlər paylaşılıb. Bu, həmin ölkəyə və onun xalqına xüsusi ehtiramın nümunəsi kimi dəyələndirilməlidir.

 





09.07.2019    çap et  çap et