525.Az

Messinin restoranı evsizlərə pulsuz xidmət aksiyasına başlayıb


 

Messinin restoranı evsizlərə pulsuz xidmət aksiyasına başlayıb<b style="color:red"></b>

Argentina millisinin və İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi ilə ailəsinə məxsus olan restoran yeni aksiyaya başlayıb.

APA-nın məlumatına görə, Argentinanın Rosario şəhərindəki restoran evsiz insanlara pulsuz xidmət etməyə qərar verib.

Aksiya çərçivəsində hər kəsə bir boşqab isti yemək təklif edilir. Restoranın meneceri Ariel Almada bildirib ki, pulsuz xidmət 15 gün olacaq: “Bəzilərinə qəhvə, bəzilərinə alkoqolsuz içki, hətta çaxır da veririk. Bizə çox sayda insan müraciət edir və onlar özlərini çox yaxşı aparırlar. Bu aksiya hər gün saat 19:00-dan 21:00-a kimi davam edəcək”.

 





09.07.2019    çap et  çap et