525.Az

"Vestnik Kavkaza": "UNESCO-nun qərarı Azərbaycanın beynəlxalq mövqelərini daha da möhkəmləndirir"


 

"Vestnik Kavkaza": "UNESCO-nun qərarı Azərbaycanın beynəlxalq mövqelərini daha da möhkəmləndirir"<b style="color:red"></b>

Rusiyanın "Vestnik Kavkaza" xəbər portalı Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi ilə bağlı material dərc edib.

Qeyd olunub ki, UNESCO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında belə bir qərarın qəbul olunması Azərbaycanın sözügedən təşkilatda ardıcıl fəaliyyətinin, həmçinin, ölkə rəhbərliyinin bu məsələyə göstərdiyi xüsusi diqqətin nəticəsidir.

Vurğulanıb ki, ümumdünya tarixi irsinin mühafizəsi istiqamətində uzun illər həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycanın bu uğura nail olub.

Həmçinin bildirilib ki, UNESCO-nun məlum qərarı dünya mədəniyyəti və turizmində Azərbaycanın beynəlxalq mövqelərini daha da möhkəmləndirir.

Əlavə edilib ki, Şəkinin tarixi mərkəzi, o cümlədən, Xan Sarayının Ümumdünya İrs Siyahısına daxil edilməsi bu bölgənin də tarixi obyektlərinin qorunması üçün beynəlxalq maliyyə dəstəyi yaradır.

"UNESCO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiya zamanı qəbul olunan qərar beynəlxalq səviyyədə Azərbaycan xalqının dünya mədəniyyətinə verdiyi ciddi töhfələrin etiraf olunmasıdır", - deyə məlumatda qeyd olunub.

Sayt hesab edir ki, Azərbaycan dövlətinin ardıcıl siyasəti nəticəsində UNESCO-nun Ümumdünya İrs Siyahısında ölkəmizin tarixi-mədəni obyektlərinin sayı daha da artacaq: "Bakıdakı "Atəşgah məbədi", Xəzər sahilindəki müdafiə divarları, Naxçıvandakı türbə (qeyd: Möminə Xatun türbəsi nəzərdə tutulur), eləcə də digər tarixi-mədəni obyektlər UNESCO tərəfindən təsdiq olunmalarını gözləyir".

C.ABASOV

 





10.07.2019    çap et  çap et