525.Az

Notanın verilməsinə görə rüsum ləğv olunur


 

SATINALMALARLA BAĞLI ŞƏRTLƏR SƏRTLƏŞDİRİLİR

Notanın verilməsinə görə rüsum ləğv olunur<b style="color:red"></b>

Parlamentin növbədənkənar sessiyasının iyulun 9-da keçirilən plenar iclasında "Dövlət satınalmaları haqqında" qanuna dəyişikliklər layihəsi müzakirəyə çıxarılıb. 

Dəyişikliyə əsasən, satınalma prosedurlarında iştirak edən malgöndərənlərin (podratçıların) vergi öhdəlikləri ilə bağlı tələblər daha da sərtləşdirilir. Belə ki, qüvvədə olan qanuna əsasən, satınalmada iştirak edənlərin vergilərə və digər icbari ödənişlərə dair vaxtı keçmiş  öhdəlikləri olmamalıdır. Təklif edilən dəyişikliyə əsasən, həm də son 1 il ərzində vergi ödəyicisinin Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması tələb ediləcək. Təklif olunan dəyişiklikdə məqsəd satınalma prosedurlarında iştirak etmək istəyənlərin vergiləri vaxtında və tam ödəməsinə məsuliyyətini artırmaqdır.

Dəyişikliklər layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

İclasda, həmçinin, "Dövlət rüsumu haqqında" qanuna dəyişikliklər layihəsi müzakirə edilib. Belə ki, dəyişikliyə əsasən, Azərbaycanda xarici ölkələrin səfirliklərinə və konsulluqlarına vizanın rəsmiləşdirilməsi üçün notanın verilməsinə görə dövlət rüsumu ləğv olunur. Qeyd edək ki, bununla bağlı hazırda bu rüsum 4 manatdır.

Bu layihə  də birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Kamil HƏMZƏOĞLU

 





10.07.2019    çap et  çap et