525.Az

Ədliyyə nazirinin müavini İsmayıllıda vətəndaşları qəbul edəcək


 

Ədliyyə nazirinin müavini İsmayıllıda vətəndaşları qəbul edəcək<b style="color:red"></b>

Ədliyyə nazirinin müavini Vilayət Zahirov iyulun 12-də İsmayıllı Rayon Heydər Əliyev Mərkəzində (ünvan: İsmayıllı şəhəri, Heydər Əliyev prospekti, 57) ədliyyə fəaliyyəti ilə bağlı vətəndaşları qəbul edəcək.

Nazirlikdən verilən məlumata görə, qəbula vətəndaşlar Göyçay regional ədliyyə idarəsi (ünvan: Göyçay şəhəri, Nizami küçəsi 111, əlaqə telefonu: (02027) 4-30-41, (050) 661-81-20), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və "[email protected]" elektron poçt ünvanı vasitəsilə, eləcə də İsmayıllı Rayon Heydər Əliyev Mərkəzində yazıla bilərlər.

Həmçinin, vətəndaşların rahatlığı üçün nazirliyin rəhbərliyinin qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

C.ABASOV

 





10.07.2019    çap et  çap et