525.Az

Kommersiya məhkəmələri ilə bağlı sənəd tam qəbul olundu


 

Kommersiya məhkəmələri ilə bağlı sənəd tam qəbul olundu<b style="color:red"></b>

Milli Məclisin (MM) dünən keçirilən plenar  iclasında "Məhkəmələr və hakimlər haqqında" qanuna dəyişikliklər layihəsi 3-cü oxunuşda və bütövlükdə qəbul edilib.

Dəyişikliklərə əsasən, Azərbaycanda yeni-kommersiya məhkəmələrinin yaradılması nəzərdə tutulur.

Eyni zamanda, Azərbaycanda mövcud olan iqtisadi-inzibati məhkəmələrinin adında dəyişiklik edilir. Məhkəmə-hüquq islahatları ilə bağlı "iqtisadi" sözü məhkəmələrin adından çıxarılır.

Kamil HƏMZƏOĞLU

 





10.07.2019    çap et  çap et