525.Az

Yazıçı Sadıq Qarayev oxucularla görüşüb


 

Yazıçı Sadıq Qarayev oxucularla görüşüb<b style="color:red"></b>

Yazıçı, AMEA Mərkəzi Nəbatat Bağının aparıcı elmi işçisi, dosent Sadıq Qarayevlə "Asan Xidmət" könüllülərinin görüşü keçirilib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin II Tədris Korpusunda təşkil olunan tədbirdə öncə Dövlət Himni səslənib.

Aparıcı İslam Ələsgərli S.Qarayevin həyat və yaradıcılığı haqqında məlumat verib.

"Xocalı Soyqırımını Tanıtma" İB-nin sədri, jurnalist Şamil Sabiroğlu S.Qarayevin fəaliyyət yolundan danışıb, onun yaradıcılığından rəğbətlə söz açıb.

Tədbirdə yazıçı barədə hazırlanan videoçarx nümayiş olunub.

Daha sonra AMEA Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya elmləri doktoru Mərziyə Nəcəfova, Mərkəzi Nəbatat Bağının əməkdaşı Asif Mehralıyev, "Asan Könüllülər Təşkilatı" İB-nin əməkdaşı Orxan Qarayev, fəlsəfə doktoru Zeynəddin Şabanov, şairlər Oqtay Rza, Ramiz Qusarçaylı, Elli Atayurd, Nəcibə İlkin, Zaur Ustac və başqaları çıxış ediblər. Şeirlər və mahnılar səsləndirib.

Görüş sual-cavab şəklində davam etdirilib. Sadıq Qarayev "Asan Xidmət" könüllülərinin suallarını cavablandırıb.

MEHRİ

 





10.07.2019    çap et  çap et