525.Az

İlham Əliyev NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanını qəbul etdi


 

İlham Əliyev NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanını qəbul etdi<b style="color:red"></b>

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 10-da NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi - Rusiya Müdafiə nazirinin birinci müavini arasında keçirilən görüşdə iştirak etmək üçün Bakıya gələn NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı Tod Voltersın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın məlumatına görə, söhbət zamanı Bakıda beynəlxalq əhəmiyyətli mühüm görüşlərin keçirilməsindən məmnunluq ifadə olunub.

Görüşdə Azərbaycan ilə NATO arasında əməkdaşlıq, ölkəmizin Əfqanıstanda “Qətiyyətli dəstək” missiyasına töhfəsi məsələləri müzakirə edilib.

 





10.07.2019    çap et  çap et