525.Az

Tibbi xidmətlərin tariflərinin araşdırılması üzərində işlər yekunlaşıb


 

Tibbi xidmətlərin tariflərinin araşdırılması üzərində işlər yekunlaşıb<b style="color:red"></b>

“Hazırda əhalinin icbari tibbi sığorta sahəsində yararlana biləcəyi xidmətlərin toplusu hazırlanır”.

APA-nın xəbərinə görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev “Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək” tvininq layihəsinin bağlanış mərasimində deyib.

O bildirib ki, bundan əlavə, tibbi xidmətlərin tariflərinin araşdırılması üzərində işlər yekunlaşıb.

Z. Əliyev qeyd edib ki, qarşıya qoyulan mühüm məsələlərdən biri də səhiyyə işçilərinin gəlirlərinin əmək bazarının tələblərinə uyğunlaşdırılmasıdır:

“Bununla bağlı normativ hüquqi aktlar hazırlanıb və razılaşdırılması üçün müvafiq qurumlara göndərilib”.

 





11.07.2019    çap et  çap et