525.Az

“İcbari tibbi sığorta ilə bağlı qanunvericiliyə dəyişikliklər ediləcək”


 

“İcbari tibbi sığorta ilə bağlı qanunvericiliyə dəyişikliklər ediləcək”<b style="color:red"></b>

“Azərbaycanda icbari tibbi sığortaya tez keçilməlidir. Bunun üçün bütün addımlar atılır. Dünyanın inkişaf etmiş ölkələrindəki icbari tibbi sığorta sistemi öyrənilib”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək” tvininq layihəsinin bağlanış mərasimində deyib.

O deyib ki, ölkədə bu sistemə keçdikdən sonra əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi də yüksələcək.

Komitə sədri bildirib ki, icbari tibbi sığorta sisteminin tətbiqi ilə bağlı qanunvericilik təkmilləşdiriləcək, müvafiq dəyişikliklər ediləcək.

 





11.07.2019    çap et  çap et