525.Az

Həkimləri bölgələrə cəlb etmək istiqamətində layihə hazırlanır


 

Həkimləri bölgələrə cəlb etmək istiqamətində layihə hazırlanır<b style="color:red"></b>

"Hazırda Səhiyyə Nazirliyi ilə birgə həkimləri bölgələrə cəlb edəcək layihə üzərində işləyirik”.

APA-nın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.

O bildirib ki, bölgələrə işləmək üçün gedən həkimlərə müəyyən paketlərin verilməsi, əmək haqqında fərqlərin olması ilə bağlı təkliflər müzakirə olunur:

“Hətta bir həkimin regiona 3 günlük səfər etməsi halında ezamiyyət kimi deyil, göstərdiyi xidmətlərə görə əmək haqqı, bonuslar almaq kimi qaydaları düşünürük ki, əhaliyə daha rahat olsun. Yəni, onlar regiondan Bakıya gəlməsinlər, daha çox buradan regiona getsinlər. Gələn ildən bununla bağlı müəyyən irəliləyişlər əldə edə biləcəyik".

 





11.07.2019    çap et  çap et