525.Az

Həkimlərin əməkhaqqı gələn ildən artırılacaq


 

Həkimlərin əməkhaqqı gələn ildən artırılacaq<b style="color:red"></b>

“Azərbaycanda həkimlərin əməkhaqqı gələn ildən artırılacaq”.

APA-nın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.

O bildirib ki, həkimlərin əməkhaqları iki hissədən ibarət olacaq:

“Biz bunu pilot layihə zamanı da tətbiq etmişdik. İki hissə ondan ibarətdir ki, həkimin aldığı əməkhaqqı sabit olacaq və onun göstərdiyi fəaliyyətə görə əməkhaqqına əlavələr olacaq”.

 





11.07.2019    çap et  çap et