525.Az

Ramil Usubov polis rəisini işdən çıxardı


 

Ramil Usubov polis rəisini işdən çıxardı<b style="color:red"></b>

Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsinin rəisi və 3 əməkdaşı vəzifədən kənarlaşdırlıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazirlik tərəfindən şöbədə aparılan yoxlamalar nəticəsində nöqsanlar aşkar edilib.

Yoxlamanın nəticəsinə əsasən şöbənin rəisi Azad Məmmədov və şöbənin 3 əməkdaşı işdən azad edilib.

Ramil Usubovun digər əmri ilə rəis müavini Vüqar ismayılov Tibb İdarəsinə rəis təyin olunub.

Qeyd edək ki, idarənin əvvəlki rəisi Bəhruz Səfərəliyev xidmətdə son yaş həddi ilə əlaqədar təqaüdə göndərilmişdi.
 

 





11.10.2012    çap et  çap et