525.Az

Yalçın Rzazadə xəstəxanadan evə buraxıldı


 

Yalçın Rzazadə xəstəxanadan evə buraxıldı <b style="color:red"></b>

Səhhətində yaranan problemlərə görə Mərkəzi Dənizçilər Xəstəxanasına yerləşdirilən Xalq artisti, müğənni Yalçın Rzazadə xəstəxanadan evə buraxılıb.

Bu barədə "Report"a xəstəxanadan məlumat verilib.

"Yalçın Rzazadə ambulator müayinəyə götürülüb. O, müayinə olunduqdan sonra evə buraxılıb. Vəziyyəti normaldır", - Mərkəzi Dənizçilər Xəstəxanasından bildirilib.

Y.Rzazadənin oğlu Yusif Rzazadə isə "Report"a bildirib ki, atası hazırda evdədir:
 
"Atamın vəziyyəti yaxşı deyil. Öd kisəsində problemlər yaranıb və qanına zəhərlənmə yayılıb. Bununla yanaşı mədəsində də bir neçə problem aşkarlanıb. Hazırda analizləri vermişik və cavabını gözləyirik. Analizlərin cavabından sonra atamın səhhəti ilə bağlı yekun qərar veriləcək. Əməliyyat olunacağını ehtimal edirəm".

Qeyd edək ki, 73 yaşlı Y.Rzazadə səhhətində yaranan problemlərlə əlaqədar ötən gün Mərkəzi Dənizçilər Xəstəxanasına yerləşdirilmişdi.

 





11.07.2019    çap et  çap et