525.Az

Sabah Bakıda 24 dərəcə isti olacaq


 

Sabah Bakıda 24 dərəcə isti olacaq<b style="color:red"></b>

Oktyabrın 12-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 13-16, gündüz 20-24 dərəcə isti olacağı gözlənilir.
 
Azərbaycanın rayonlarında isə oktyabrın 12-də hava əsasən yağmursuz keçəcək, lakin gecə və səhər ayrı-ayrı yerlədə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında gecə 8-13, gündüz 20-25 dərəcə, dağlarda gecə 1-6, gündüz 13-18 dərəcə isti olacaq.
 

 





11.10.2013    çap et  çap et