525.Az

Yazıçılar Birliyindən Dədəli kitabxanasına hədiyyə


 

Yazıçılar Birliyindən Dədəli kitabxanasına hədiyyə<b style="color:red"></b>

Azərbaycan Yazıçılar Birliyi (AYB) də “Kəndə kitab” təşəbbüsünə qoşularaq Xaçmazın Dədəli kənd kitabxanasına 45 ədəd kitab hədiyyə edib.

AYB sədri Anar, Birliyin katibləri Çingiz Abdullayev və Rəşad Məcid başda olmaqla bir qrup yazıçı öz əsərlərini müəllif imzasıyla Dədəli kitabxanasına hədiyyə ediblər. 

Adı çəkilənlərlə bərabər, Xalq şairi Fikrət Qoca, yazıçı və şairlərdən Əjdər Ol, Yunus Oğuz, Pərvin və Şahanə Müşfiq müxtəlif əsərlərini imzalayaraq Dədəli kənd kitabxanasının oxucularına çatdırmaq üçün təqdim ediblər. 

Kitabları AYB-nin iqamətgahında qurumun katibi Rəşad Məcid təşəbbüskar Azər Həsrətə təqdim edib. Rəşad Məcid qeyd edib ki, bir kənd kitabxanasının bu yolla daha da zənginləşdirilməsi, oxucuların həvəsləndirilməsi olduqca təqdirəlayiq haldır. O, Dədəli kəndini ziyarət edib kitabxanaya baş çəkmək, oxucularla görüşmək arzusunu da ifadə edib.

Qeyd edək ki, “Kəndə kitab” təşəbbüsü Dədəli sakini, hazırda Bakıda yaşayan Əməkdar jurnalist Azər Həsrət tərəfindən irəli sürülüb. Təşəbbüsün orijinallığı ondadır ki, müəlliflər öz kitablarını məhz “Dədəli kənd kitabxanasına müəllifdən hədiyyə” qeydi ilə imzalayaraq qarşılıqsız hədiyyə edirlər. Yaxın vaxtlarda kitablar təntənəli şəkildə kitabxanaya təqdim ediləcək. Bundan sonra müəllif imzalı kitablar kitabxanada daimi sərgilənməklə oxucuların ixtiyarına veriləcək. Təşəbbüsün elan edildiyi mart ayından bu günə 200-dək kitab toplanıb ki, onların da 100 ədədini AMEA Mərkəzi Elmi Kitabxanası hədiyyə edib.

 





11.07.2019    çap et  çap et