525.Az

Putin Zelenskinin görüş təklifinə cavab verdi


 

Putin Zelenskinin görüş təklifinə cavab verdi <b style="color:red"></b>

Rusiya prezidenti Vladimir Putin Ukrayna dövlət başçısı Vladimir Zelenskinin Minskdə altıtərəfli danışıqlar aparmaq təklifinə münasibət bildirib.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, V. Putin qeyd edib ki, Rusiya heç vaxt təklif olunan heç bir danışıqlar formatından, o cümlədən, Fransa və Almaniyanın qoşulması təklif olunan "Normandiya formatı"nın genişləndirilməsindən imtina etməyib.

Bununla belə, Rusiya prezidenti diqqətə çatdırıb ki, ilk növbədə görüş yaxşı hazırlanmalı, ikincisi Ukraynada Ali Radasına seçkilər keçirilib, hökumət formalaşdırılmalıdır.

"Üçüncüsü isə mən bilmirəm təklif olunan formatın iştirakçıları Zelenskinin təklifinə necə reaksiya verəcəklər", - deyə Putin vurğulayıb.

Qeyd edək ki, V. Zelenski iyulun 8-də V. Putinə Minskdə ABŞ prezidenti Donald Tramp, Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniya baş naziri Tereze Meyin iştirakı ilə danışıqlar aparılmasını təklif edib.

O, ümid etdiyini bildirib ki, prezident Aleksandr Lukaşenko Belarusun bu dialoqa ev sahibliyi etməsinə hazırdır.

Əlavə edək ki, V. Putin V. Zelenski Ukrayna prezidenti seçiləndən hələlik onunla görüşməyib. Liderlər arasında telefon danışığı da olmayıb.

 





12.07.2019    çap et  çap et